Neft ucuzlaşıb

12:14 - 19 May 2018 - İQTİSADİYYAT

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,37 dollar və yaxud 1,69% azalıb. "Azeri LT CIF" markalı neftin qiyməti 79,66 dollar/barelə bərabər olub. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Report

Xəbər xətti