Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

11:28 - 19 May 2018 - Xəbər

Şəkidə həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb.   Ucnoqta.az xəbər verir ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki Penitensiar Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Cinayət Məcəlləsinin 234.1; 237.1; 66.2; 69.3; 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Kaltayev Məzahir Əhmədulla oğlunun yanına uzunmüddətli görüşə gəlmiş həyat yoldaşı Balakən rayon sakini Telliyeva Aypara Tahir qızının gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman sovqatda olan şalvarın cibində gizlədilmiş kağız bükülüdə 0,47 qram marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti