Ana səhifə
20 Oktyabr 2018

Ülvi Mehdiyev: “2020-ci ildə “ASAN Xidmət” Azərbaycanı tam əhatə edəcək”

“2020-ci ildə “ASAN Xidmət” Azərbaycanı tam əhatə edəcək və hər bir Azərbaycan vətəndaşı “ASAN Xidmət”dən yararlana biləcək”.  Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib. O bildirib ki, 2020-ci ilə qədər “ASAN Xidmət” mərkəzlərinin sayı 20-yə çatdırılacaq: “Bu ilin payızında Şəki və İmişlidəki regional mərkəzlər istifadəyə veriləcək. Mərkəzlərin hər biri 500 mindən çox əhaliyə xidmət göstərəcək. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti dövrdə daha 5 mərkəzin tikilməsi planlaşdırılıb. Bu istiqamətdə çox intensiv işlər gedir”. Ü.Mehdiyevin sözlərinə görə, Dövlət Agentliyi Azərbaycan vətəndaşlarının kütləvi istifadə etdikləri xidmətlərin tam elektronlaşdırılmasını və vətəndaşların “ASAN Xidmət” mərkəzlərinə getmədən bunlardan istifadə edə bilmələrini qarşıya məqsəd qoyub: “Məqsədimizə çatsaq, hər bir vətəndaşımız ofis və evlərindən internet vasitəsi ilə istədikləri xidməti ala biləcəklər. Prezident İlham Əliyev bu il mart ayının 14-də "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" fərman imzalayıb. Fərmana əsasən, elektron hökumət sahəsində dövlət siyasətinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. Biz hazırda işlərimizi bu tapşırıq çərçivəsində davam etdiririk”.  Report
Tarix
19 May 2018 [11:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin