“Nəfəs Festivalı” adlı konsert proqramı keçirilir

17:15 - 18 May 2018 - Xəbər

Mayın 24-də  “Elektra Events Hall”-da məşhurların iştirakı ilə “Nəfəsfestivalı” adlı möhtəşəm konsert proqramının keçirilməsi planlaşdırılır.

Konsertdə səhnəmizin məşhur sənətçilərinin iştirakı nəzərdə tutulur. Beləki, məşhurlardan Murad Arif, Elnarə Xəlilova, Ramil Nabran, Nigar Muharram, Samira Allahverdi, Ayaz Babayev, Nadir Nəğd Pul, Natəvan Həbibi, Qurd, Nura Suri, Rauf Əhmədov, Kazım Can, Elnar Xəlilov, Sima Nəsirova, Orxan Rəhimzadə, Aysel Əlizadə, Nahidə Babaşlı, Emil Bədəlov, MC Kərim, DJ Çina, DJ Fanur və DJ Ququ konsertdə iştirak edəcəklər.

Qeyd edək ki, festival xeyriyyə məqsədlidir və əldə olunan gəlir Tural Hacıyev üçün “Onu Sən Yaşat!” devizi ilə başlanan xeyriyyə aksiyasına yönləndiriləcək. 

Biletləri şəhərin bütün mərkəzi kassalarından və ASAN Xidmət mərkəzlərindən 20 manata əldə edə bilərsiniz. Daha ətraflı məlumatlarııwww.xeyirxah.com saytından və 077 288 36 66 mobil nömrəsindən əldə etmək mümkündür.

Xəbər xətti