Ana səhifə
17 Noyabr 2018

"Apple" üçün Azərbaycan klaviaturası

Azərbaycanda iOS 8 əməliyat sisteminin idarəçiliyi altında işləyən qurğular üçün Azərbaycan dilini (AzKeyboard) dəstəkləyən klaviaturanın yeni versiyası hazırlanıb.

Trend-in məlumatına görə, əlavənin müəllifi proqramçı Amid Quliyevdir. Yeni klaviatura "Apple" smartfon və planşet kompüterlərində sınaqdan keçirilib.

Əlavəni aşağıdakı ünvan üzrə iTunes-də pulsuz yükləmək mümkündür: itunes.apple.com/us/app/azkeyboard/id927438721

Klaviaturanı aktivləşdirmək üçün tənzimləmələrdə AzKeyboard-u seçmək lazımdır. "AzKeyboard" nizamına ənənəvi yolla, yəni virtual klaviaturada Yer kürəsinin üslublaşdırılmış təsviri klavişinə basmaqla qoşulmaq mümkündür.

Klaviaturanın nizamından təkcə SMS və elektron ünvan üzrə məlumatların qəbulu zamanı deyil, həm də klaviaturadan daxil etməni dəstəkləyən digər əlavələrdə istifadə edləcək.

 

Tarix
9 Oktyabr 2014 [18:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin