Skripal xəstəxanadan buraxıldı

13:57 - 18 May 2018 - DÜNYA

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal Böyük Britaniyanın Solsberi xəstəxanasından buraxılıb.

O, iki aydan çox müddət müalicə aldıqdan sonra bu gün onun xəstəxanadan buraxılmasına icazə verilib.

Qeyd edək ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti S.Skripal Londonda öz qızı ilə birlikdə zəhərlənib. S.Skripal ailəsinin zəhərlənməsində London Rusiyanı ittiham edir. Rusiya bunu qəti şəkildə inkar edir.

Xəbər xətti