Robben daha bir il "Bavariya"da

21:00 - 17 May 2018 - İDMAN

Almaniyanın "Bavariya" klubu futbolçu Aryen Robben ilə mövsümün sonunda bitəcək müqavilənin müddətini daha bir il artırıb. Ucnoqta.az-ın məlumatına görə, "Report" klubun saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2019-cu ilin iyun ayına kimi Münhen təmsilçisində çıxış edəcək. Qeyd edək ki, Aryen Robben 2009-cu ildən "Bavariya"nın şərəfini qoruyur. 

Xəbər xətti