Ana səhifə
20 İyul 2018

Gənc Tamaşaçılar Teatrının aktrisası ad gününü səhnədə qeyd etdi

Mayın 15-də ADGTT-da Mehriban Abdullayevanın iştirakı ilə U. Luis “İstədiyim kimi yaşamışam” monotamaşası oynanıldı.

Ucnoqta.az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, yubiley ad günündə öz monotamaşası ilə sənətsevərlərin görüşünə gələn aktrisa müasir dövrlə səsləşən dinamik və maraqlı səhnə əsərini təqdim etdi. Səhnə əsərinin quruluşçu rejisssoru aktrisanın həyat yoldaşı, Xalq artisti, rejissor Ağakişi Kazımovdur. Tamaşa  bir qadının həyatının ruh halının tədricən dəyişən xarakterini əks etdirir. Ömrün yaşanan illərinə xatirə pəncərəsindən hər an boylanan Zelda, gah xoşbəxtdi, gah bədbəxt. O, gah gülür gah göz yaşlarında boğulur . Məhz bu anlarda aktrisa özünəməxsus ştrixlərlə obrazının daxili əzablarını tamaşaçıya sərrastcasına çatdıra bilir. 

Uzun illərdir ADGTT-da çalışan aktrisa öz ad gününü sevimli kollektivi və tamaşaçıları ilə birlikdə qeyd etdi. Böyük alqışlarla qarşılanan tamaşadan sonra teatrın direktoru, Əməkdar artist Mübariz Həmidovun adından aktrisaya  təbrik ünvanlandı və gül dəstəsi təqdim edildi. 
Tamaşanın rejissoru Xalq artisti Ağakişi Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, işıq üzrə rəssamı Vadim Kuskov, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sona Mustafayevadır. 

 

Tarix
17 May 2018 [14:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin