BTC ilə 63 mln. ton xam neft ixrac olunub

Bu ilin 1-ci rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə təqribən 63 mln. ton (8,3 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 81 tankerə yüklənib.

Ucnoqta.az xəbər verir ki, Boru kəmərinin operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2018-ci ilin 1-ci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 391 mln. tondan artıq (2,93 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 3839 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Bu ilin 1-ci rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 30 mln. dollar, əsaslı xərclərə isə təqribən 5 mln. dollar xərclənib.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); “Shevron” (8,90%); “Statoil” (8,71%); TPAO (6,53%); Eni (5,00%); “Total” (5,00%), “İtochu” (3,40%); “İnpex” (2,50%), “ExxonMobil” (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir. 

 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Tarix
17 May 2018 [18:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin