Sabirabad sakinində narkotik vasitə və silah aşkarlanıb

12:07 - 17 May 2018 - HADİSƏ

Sabirabad sakinində narkotik vasitə və silah aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Seyidağa Səmədovun yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 20 ədəd “Tramadol”, 2 ədəd elektron tərəzi, 1 ədəd pnevmatik tüfəng, 1 xəncər və 1 bıçaq, habelə həyətyanı sahədən sellofana bükülmüş, çəkisi 150 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib.
Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti