Ana səhifə
21 Noyabr 2018

Nazirlik: "Kriptovalyutalardan gəlir əldə edənlər vergi ödəməlidir"

"Kriptovalyutalarla əməliyyatlar fiziki şəxslər arasında aparılır və bunlar qeyri-sahibkarlıq fəaliyyətinə aiddir".

Bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik mövzusunda" forumda Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov deyib.
Onun sözlərin görə, vergi qanunvericiliyinə əsasən, rezident vergi ödəyicisinin gəliri Azərbaycan Respublikası ərazisində və ölkən hüdudlarındakı gəlirlərdən ibarətdir: "Qeyri-rezident vergi ödəyicisinin gəliri isə Respublikada mənbəyindən əldən edilən gəlirdən ibarətdir. Kriptovalyutalarla bağlı vergiyə cəlb edilmə məsələsinə gəlincə, deyə bilərəm ki, bu əməliyyatlar fiziki şəxslər arasında aparılır və qeyri-sahibkarlıqdan əldə edilən gəlirlərə daxil edilir. Həmin şəxslər vergi orqanlarında uçota durmalı, VÖEN almalı, bəyannamə təqdim etməli və dövlət büdcəsinə vergi verməlidirlər," - deyə Ş. Ərəbov qeyd edib .

Tarix
17 May 2018 [11:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin