Ana səhifə
25 Sentyabr 2018

Müqaviləsiz işçi çalışdıranlar cəzalandırıldı

Bir çox iş yerlərində əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib.

 

Ucnoqta.az” xəbər verir ki, bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat veriblər.

 

Məlumata görə, bu ilin 9 ayı ərzində nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı işəgötürənlər tərəfindən 14.774 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktını aşkar edib.

 

Həmin hüquq pozuntularının əksəriyyəti özəl sektora aid müəssisələrdə, topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında baş verib. Əmək qanunvericiliyinin tələblərinin pozulması hallarına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri əsasında cərimələr tətbiq olunub. Cərimələrin 41,1 %-i, yəni 1.411.600 manatı dövlət büdcəsinə ödənilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 23,6 dəfə çoxdur.

 

Qeyd edək ki, bu istiqamətdə aparılan işlər iş yerlərində əmək qanunvericiliyinə əməl olunması, vətəndaşların əmək hüquqlarının təmin edilməsi ilə bağlı işəgötürənlərin məsuliyyətinin artırılmasına yönəlib.

Tarix
9 Oktyabr 2014 [18:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin