Abşeron sakini evinin damından yıxılıb

09:19 - 17 May 2018 - HADİSƏ

Abşeron rayonunun Saray qəsəbəsində xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü yerli sakin Heydərov Əli Yusif oğlu yaşadığı qəsəbə ərazisində öz evinin damından yıxılaraq ağır xəsarət alıb. O, dərhal yaxınları tərəfindən Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Hazırda vəziyyətinin qənaətbəxş olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti