Ana səhifə
21 Oktyabr 2018

Xaçmaz Yaşıllaşdırma İdarəsinin rəisi cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Ucnoqta.az ETSN-ə istinadən xəbər verir ki, reyd zamanı Xaçmaz şəhəri ərazisində yerləşən məişət tullantıları poliqonunda  tullantıların qanunvericiliyə uyğun zərərsizləşdirilmədiyi və yandırıldığı aşkar edilib.
Faktla bağlı əraziyə cavabdeh Xaçmaz rayon Yaşıllaşdırma İdarəsinin rəisi  Məmmədağa Qəribov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.
Tullantıların qanunvericiliyə uyğun zərərsizləşdirilməsi üçün idarənin rəisinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Tarix
16 May 2018 [16:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin