Ana səhifə
21 Oktyabr 2018

ABŞ-ın Ceymstaun Fondunun rəhbəri: "BTQ ilə hərbi yüklər daşınacaq"

“ABŞ Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən hərbi yüklərin daşınması üçün istifadə etməkdə maraqlıdır”.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Ceymstaun Fondunun direktoru Qlen Hovard Tbilisidə keçirilən V Cənubi Qafqaz Təhlükəsizlik Forumunda çıxışında deyib. O bildirib ki, BTQ-nin bu məqsədlə istifadə olunması təklifləri müzakirə olunur və Türkiyə buna ilkin razılıq ifadə edib.
Q.Horvard Azərbaycanın ABŞ üçün əhəmiyyətinə də toxunub: “Rusiya və ABŞ Baş Qərargah rəislərinin Bakıdakı görüşləri göstərir ki, Azərbaycan bu iki ölkə arasında neytral görüş yerinə çevrilib”.

Bölgədə həyata keçirilən iqtisadi layihələrin əhəmiyyətindən danışan Q.Hovard TANAP layihəsinin regiona olduqca böyük təsirinin olacağını qeyd edib.

Tarix
16 May 2018 [15:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin