Ana səhifə
18 Avqust 2018

Azərbaycanda neft hasilatı 1,4% artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 12 817,1 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 12 799,9 min tonunu əmtəəlik xam neft təşkil edib.

Hesabat dövründə neft hasilatı illik müqayisədə 1,4% artıb.

Bu il mayın 1-nə 250,7 min ton hazır məhsul ehtiyatı olub.

İlin 4 ayı ərzində Azərbaycanda 9 280,7 mln. kubmetr təbii qaz hasil edilib. Qaz hasilatının həcmi ötən ilin 4 ayından 5,8% az olub. Yanvar-aprel aylarında hasil edilən təbii qazın 5 602,7 mln. kubmetri əmtəəlik qaz olub ki, bu da ötən ilin müvafiq dövründən 10,8% azdır.

Tarix
16 May 2018 [19:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin