Ana səhifə
27 May 2018

Ağızdan pis qoxu gəlməmək üçün nə etməli?

Tanışlıq, münasibət qurmaq, eləcə də gündəlik həyatda ünsiyyət bizim üçün çox vacibdir. Amma bəzən buna mane olan səbəblər ortaya çıxır. Bu sırada ağızdan gələn xoşagəlməz qoxu çoxlarını narahat edir.

Ağızdan gələn pis qoxu insanların həm şəxsi, həm də iş həyatlarında ciddi problemlər yaradır. Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır? Bununla bağlı bəzi məsləhətləri təqdim edirik:

Ümumiyyətlə, bu baxımdan ağızın və dişlərin gigiyenik baxımı olduqca vacibdir. Çünki dişlərin vaxtında və düzgün yuyulmaması da ağızdan qoxunun gəlməsinə səbəb olur. Belə ki, yemək qalıqları dişlərin arasına çökür və orada qalaraq qoxu törədən bakteriyaların çoxalmasına səbəb olur.
Ona görə dişləri bir dəqiqədən az olmayaraq firçalamaq lazımdır. Həmçinin, yalnız dişləri yox, dilin üzərini də təmizləməliyik ki, bura yığılan bakteriyalar məhv olsun. Bunun üçün xüsusi fırçalar satılır. Bakteriyalar daha çox dilin arxa hissəsinə toplandığından, bu hissənin təmizlənməsinə xüsusi diqqət vermək lazımdır. Hər yeməkdən sonra isə fırçalamaq imkanı yoxdursa, heç olmasa ağızı su ilə yaxalamaq olar.
Ağızdakı qoxunun qarşısını almaq üçün mixək dənələrini çeynəmək məsləhətlidir. Mixək nəfəsi təravətləndirir. Eyni zamanda nanə, cəfəri, kərəviz bitkilərinin yarpaqlarını çeynəmək də ağızdakı qoxunu yox edir. Gün ərzində nanəli konfetlərdən istifadə etmək olar. Bununla yanaşı, arı şanını çeynəmək də nəfəsdəki qoxunu götürür, həm də ağız boşluğundakı problemləri aradan qaldırır. Bu baxımdan, tanıdığımız ədviyyatlardan olan darçının dəmləməsi də faydalıdır.

Qeyd edək ki, ağızda quruluq da nəfəsin pis qoxmasına səbəb olur. Çünki ağızın quru olması zamanı ölmüş hüceyrələr dil, damaq və yanaqda toplanıb qalır. Sonradan parçalanaraq iy törədir. Normal halda yatan zaman ağızda quruluq yaranır. Ona görə də, bəzən səhərlər oyanarkən ağızda qoxu olur. Digər hallarda isə yeməkdən sonra 10-15 dəqiqə saqqız çeynəməklə ağız suyu vəzilərini qıcıqlandırıb ifraz edilmiş ağız suyu ilə qida qalıqlarını yumaq olar.


BAKU.WS

Tarix
16 May 2018 [20:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin