Ana səhifə
27 May 2018

Qarşılıqlı əməkdaşlıq

Bu günlərdə Qəbələ rayon Nohurqışlaq kənd İ. Abdulkərimov adına tam orta məktəbin bir qrup müəllimi qarşılıqlı əməkdaşlıq çərçivəsində məktəbimizdə olublar.

Oğuz RTŞ-nin əməkdaşları və məktəb rəhbərliyi tərəfindən səmimiyyətlə qarşılanan nümayəndələr əvvəlcə müəssisənin maddi-texniki bazası (akt və idman zalları, idman meydançaları, kitabxana, emalatxana və yeməkxana, hərbi otaq, komputer və sinif otaqları, fənn kabinetləri və laboratoriyalar) və iş şəraiti ilə tanış olmuşlar. Onlara həmçinin təlim prosesində istifadə olunan texniki-təlim vasitələri və İKT avadanlıqları barədə ətraflı məlumat verilmişdir.Daha sonra qonaqlar Azərbaycan tarixi və fizikadan keçirilən “açıq dərslər”i dinləmiş və bu dərslərin təhlilində iştirak etmişlər. Müzakirələr zamanı onlar dinlənilmiş dərslər barədə öz fikir, rəy və təkliflərini söyləmiş, bu cür dərslərin qarşılıqlı əməkdaşılığın möhkəmlənməsində, təcrübə mübadiləsində və pedaqoji innovasiyaların tətbiqində ciddi əhəmiyyət daşıdığını vurğulayıblar.

Həmkarlarımız məktəbdə istedadlı uşaqlarların seçilməsi və belə şagirdlərlə aparılan işlərin təşkili ilə də tanış olmuş, məktəblilərin əl işləri və çəkdikləri rəsmlərin sərgisinə və mini-futbol yarışına baxmışlar.Onlar həmçinin şagirdlər tərəfindən hazırlanmış və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiyaya tamaşa etmişlər. Gün ərzində səmərəli fərdi əməkdaşlıq əlaqələrinin yaradılması üçün müəllimlər arasında görüşlər təşkil edilmişdir. Baş tutan bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər və fəal təlimə əsaslanan yeni pedaqoji texnologiyaların tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparılmışdır.“Təhsilin keyfiyyətinin yüksəldilməsinin optimal yolları” mövzusunda keçirilən “Dəyirmi masa” isə görüşün zirvəsini təşkil etmişdir. “Dəyirmi masa”da təhsilin keyfiyyətini yüksəlməyin optmal yolları barədə maraqlı və faydalı təkliflər səslənmiş, müasir təlim metodlarının tətbiqi ilə əlaqədar qeyri-formal debat olmuş, “Təhsildə keyfiyyət ili” ilə əlaqədar məktəblərdə görülmüş işlərdən söhbət açılmış, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. “Dəyirmi masa”nın işində Oğuz RTŞ-nin Metodiki Mərkəzinin direktoru N.Zahidov və metodist M.Naxçıvanlı iştirak etmişdir.“Dəyirmi masa”nı Oğuz RTŞ-nin müdiri E.Kərimov yekunlaşdırmışdır. O, qeyd etmişdir ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”n da təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunmuşdur. Təsadüfi deyil ki, müasir dövrün çağırışlarına əsaslanaraq Təhsil Nazirliyi 2017-2018-ci dərs ilini ölkənin dövlət ümumi təhsil müəssisələrində “Təhsildə keyfiyyət ili” elan etmişdir. Çıxışlardan və verilən informasiyalardan belə məlum olur ki, əməkdaşlıq edən hər iki məktəbdə keyfiyyətin yüksəldilməsi üçün xeyli iş görülmüşdür. E.Kərimov əmin olduğunu bildirmişdir ki, məktəblərin pedaqoji kollektivləri keyfiyyətin yüksəldilməsi istiqamətində işləri davam etdirəcəklər. O, təhsilin keyfiyyətinin yüksəldilməsində məktəblər arasında səmərəli əməkdaşlıq əlaqələrinin xüsusi önəm daşıdığını qeyd etmiş və bu işdə hər iki məktəbin kollektivinə uğurlar arzulayıb.
Məktəblər arasındakı qarşılıqlı əməkdaşlığın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

İmran Verdiyev,

Oğuz rayonu Yaqublu kənd T.Babayev ad.
tam orta məktəbin direktoru,
Əməkdar müəllim

 

Tarix
16 May 2018 [18:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin