Ana səhifə
27 May 2018

Sabahın havası -32 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti sabah ölkə ərazisində gözlənilən hava məlumatını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, ETSN-dən verilən məlumata görə mayın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq  küləyi  ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 23-28,  Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mayın 17-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) Şimal-qərb  küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, gündüz cənub şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 17-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 14-19, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, mayın 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir. 

Tarix
16 May 2018 [12:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin