Ana səhifə
18 Avqust 2018

Bayılda evlərin dağılmasının ilkin səbəbi Açıqlandı

Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində evlərin dağılmasına səbəb ilkin ehtimala görə yamacın antropogen yüklənməsi ola bilər.

Bunu sürüşmə ərazisində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyanın dəstə rəisi Rafiq Həsənov deyib.
O qeyd edib ki, hazırda hadisənin səbəbi ilə bağlı araşdırma aparılır:
"Kanalizasiya xətlərindən sızmalar ərazinin geologiyasını təşkil edən süxurların yuyulmasına təsir edib. İlkin rəy budur. Hazırda araşdırmalar davam etdirilir. Buna birmənalı olaraq sürüşmə hadisəsi demək olmaz. Antropogen təsirlərdən qrunt aşınıb".

Qeyd edək ki, mayın 15-də saat 20 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir.
Buxta küçəsindəki təhlükə yaranmış ərazidən ümumilikdə 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır.

Tarix
16 May 2018 [11:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin