Ana səhifə
27 May 2018

DİN Şəmkirdə əməliyyat keçirdi

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində qanunsuz olaraq odlu silah-sursat saxlayan və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Ucnoqta.az xəbər verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şəmkir rayon sakini Qalib Məmmədovda odlu silah olması barədə məlumat daxil olub. Baş İdarə və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Onun rayon ərazisindəki evinə baxış zamanı oradan 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus içərisində 8 ədəd patron olan sandıqça aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Q.Məmmədova məxsus istixanaya da baxış keçirilib. Oradan saxlanılan şəxs tərəfindən xüsusi qulluq edilərək yetişdirilən 243 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülüb. Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
Tarix
16 May 2018 [10:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin