Ana səhifə
18 Avqust 2018

Bayılda sürüşmə baş vermiş ərazidən 22 ailə köçürülüb, xəsarət alan yoxdur

Bayılda, Buxta küçəsində torpaq sürüşməsi baş vermiş ərazidən 22 ailə köçürülüb, xəsarət alan yoxdur. Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Səbail rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. Qeyd olunub ki, bir qədər əvvəl sakinlərin müraciətləri əsasında ərazidəki tikililərin vəziyyəti ilə bağlı İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb, binaların qəzalı və təmirə yararsız olması ilə bağlı rəy verilib. İcra Hakimiyyəti tərəfindən məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub. Bayıldakı sürüşmə prosesləri ilə bağlı artıq təcrübəsi olan Səbail RİH tərəfindən qabaqlayıcı tədbirlər görülərək bir qədər əvvəl qəzalı vəziyyətdə olan Buxta küçəsi, 9 ünvanında yaşayan ailələr köçürülüblər. Mayın 15-də isə həmin təhlükəli ərazidən daha bir neçə evin sakinləri köçürülüb. Ümumilikdə isə Buxta küçəsindəki təhlükə yaranmış ərazidən 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır. Qeyd edək ki, mayın 15-də saat 20 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeralti proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev təhlükəli ərazidədir.
Tarix
16 May 2018 [10:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin