Tərtərdə iki avtomobil toqquşub: ölən və yaralanan var

21:45 - 15 May 2018 - HADİSƏ

Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Şirxax qəsəbəsinə gedən yolda qeydə alınıb. Belə ki, "VAZ-2106" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılsa da, onlardan biri ölüb. Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti