Elmar Məmmədyarovun həmsədrlərlə görüşü sona çatıb

17:50 - 15 May 2018 - SİYASƏT

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 15-də Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik ilə görüşüb. Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.  Görüşdə Azərbaycan və Ermənistanda seçki prosesinin başa çatdığı nəzərə alınaraq danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunub.  Elmar Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həll edilməsi üçün intensiv danışıqlara hazırlığını bir daha ifadə edib. Görüş əsnasında danışıqlar prosesinin irəliləməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən həyata keçiriləcək tədbirlər, həmçinin regiondakı vəziyyət ətraflı müzakirə olunub.

Xəbər xətti