Ana səhifə
21 Oktyabr 2018

Azərbaycan Milli Kulinariya komandamızın “Super Sun”la birgə növbəti uğuru

Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Sloveniyanın Krajinska Gora şəhərində III Beynəlxalq Kulinariya Çempionatında iştirak edib.

Təşkil edilmmiş kulinariya çempionatında uğurla çıxış edən aşpazlarımız, 2 qızıl, 3 gümüş medal qazanıblar. Burda müxtəlif siniflər üzrə təşkil edilmiş və 15 ölkənin qatıldığı yarışda 400-dən çox aşpaz iştirak edib. 
Yarışda iştirak etmiş kulinarlar yeməklərin “Super Sun” yağı ilə bişirilməsi komandanın yüksək nəticə göstərməsində mühüm rol oynadığını bildiriblər. Milli kulinariya komandamızın beynəlxalq festivallarda və yarışlarda əldə etdiyi uğurlu nəticələrdə də çox böyük rol oynayan bu yağlar ilə hazırlanmış yeməklər gözəl tamı ilə hər zaman istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanır.

Qeyd edək ki, “Azərsun Holdinq”ə məxsus fabriklərdə istehsal olunan bu məhsullar yağa olan ölkə daxili tələbatı ödəməklə bərabər həm də Azərbaycanın ixrac potensialının yüksəlməsinə böyük töhfə verir.

Tarix
15 May 2018 [16:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin