Yoahim Löv daha 2 il Almaniya millisini çalışdıracaq

19:28 - 15 May 2018 - İDMAN

Almaniya Futbol Federasiyası millinin baş məşqçisi Yoahim Lövlə yeni müqavilə imzalayıb.

Təcrübəli mütəxəssisin fəaliyyətindən razı qalan federasiya rəhbərliyi 58 yaşlı çalışdırıcı ilə yeni müqavilə bağlamaq qərarına gəlib. Tərəflər arasında imzalanmış yeni sazişə əsasən, Löv 2022-ci ilədək Bundestimin “sükanı arxası”nda olacaq.

Qeyd edək ki, Löv 2006-cı ildən millini çalışdırır.
Əlavə edək ki, Almaniya mundialda Meksika, İsveç və Cənubi Koreya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Xəbər xətti