Ana səhifə
27 May 2018

"İndiyə qədər halal adı ilə bağlı müraciət olmayıb"

Allahşükür Paşazadə: "Halal" sözünü hər yerdə yapışdırırlar - bu halallığı kim təsdiq edir?

"Məhsulların üzərinə "halal" sözü dini mərkəzin etiketi altında yazılmalıdır". Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.

A.Paşazadə bildirib: "Telekanallarda kolbasanı tərif edirlər ki, halaldır. Əgər halaldırsa, etiraz etmirik. Biz komissiya yaratmışıq ki, gedib yerində yoxlasınlar, şəriətə uyğun hazırlanıbsa, halal adı verilsin. Ancaq hələ indiyə qədər belə müraciət olmayıb. "Halal" sözü dini mərkəzin etiketi altında yazılmalıdır, lakin bu sözü hər yerdə yapışdırırlar. Yapışdırsınlar, amma bu yoxlanılmalıdır. Bu halallığı kim təsdiq edir?”

Tarix
15 May 2018 [12:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin