Ana səhifə
19 Noyabr 2018

Nailə Dəniz: “Gecəni çox sevirəm”

Ucnoqta.az-ın qonağı gənc ifaçı Nailə Dənizdir. İfaçının səsi simasından daha çox məşhurdur desək yəqin ki, yanılmarıq.

Müğənni bizimlə söhbətində yeni layihələri və səfərləri ilə bağlı danışdı. 

- Nailə xanım, sizin ifa etdiyiniz “Afrin marşı” mahnınız  diqqət çəkdi. Layihə ilə bağlı istərdik ki, bizə bir az məlumat verəsiniz.
- Himnin sözlərini Möcüzə Üfüq yazıb. Musiqisi isə Sevinc Tofiqqızına məxsusdur.  Sevinc xanımla tanışlığıma məmnun oldum. Bir çox bəstəkarlar var ki, müğənniyə mahnını yüksək pul müqabilində verirlər, amma Sevinc xanım məndən o qədər də pul tələb etmədi. İstədik ki, türk xalqı üçün bir mahnı ərsəyə gəlsin. “Afrin marşı” Azərbaycan və Türkiyənin qardaşlığını sübut edən və qardaş ölkənin dərdinə şərik olduğumuzu göstərmək üçün ən gözəl layihələrdən biri idi. Təklif Sevinc xanım tərəfindən gəldi və mən də ifa etdim. Düzdür, bəzi yerlərdə özümün oxumağımdan xoşum gəlmədi. Mən öz tərzimdə oxumaq istəyirdim. Amma bəstəkar və aranjeman tərəfindən deyildi ki, marş qismində oxunmalıdır. Biz də elə etdik.  Bu mahnı ilə bağlı yerli və xarici mətbuat kifayət qədər yazdılar və yüksək də qiymətləndirildi. Baxmayaraq ki, klipdə mənim simam getməmişdi.

- Üzərində işlədiyiniz mahnı varmı?
- Bəli, üzərində işlədiyim mahnılar var. Repertuarımda müxtəlif janrda mahnılar yer alıb. Bu dəfə də maraqlı mahnı hazırlayıram. Yaxın zamanlarda xəbərdar olacaqsınız.

- Bu dəfə mahnılarınızın taleyini kimlərə həvalə edəcəksiniz?  
- Artıq heç kəslə işləmək istəmirəm. İndi elə bir dövrdür ki, pulunu verəsən və “salam-sağ” ol edəsən vəssalam. Bilirsiniz ki, özümün bir neçə bəstələrim var. Mahnını aranjeman etdirib, onları yenidən üzə çıxaracam.

- Bəs klip?
- Klip barəsində düşünmürəm. Çünki bu dəqiqə klipə əhəmiyyət verən yoxdur. Hazırda ifaçıların çoxu  öz işlərini sosial şəbəkələrdə paylaşırlar. Elə bir zəmanəyə gəlib çıxmışıq ki, indi televiziyalara ancaq evdar xanımlar və pensiyaya çıxan yaşlılarımız var. Onlardan başqa bütün nəsil sosial şəbəkədən istifadə edirlər. Hətta baxacaqları filmləri, verilişləri, hətta kliplərə belə oradan izləyirlər.  Mən də sosial şəbəkələrə daha çox üstünlük verirəm. Orada da kifayət qədər izləyicilərim var. Hesab edirəm ki, yeni mahnılarımı öz səhifəmdə paylaşsam elə məni dinləyənlər mahnılarıma ordan da qulaq asa bilərlər.

- Elə düşünürsünüz ki, televiziya sosial şəbəkələrə məğlub olub?
- Bəli. Çünki indi hər kəsin evində, işində, çöldə, ictimai yerlərdə əlində telefon var. Televizora ancaq ev xanımları baxır. Bu bir həqiqətdir.

- Bundan əvvəlki müsahibədə qeyd etmisiniz ki, bir çox məşhurların gündəmə gəlməyinə, tanınmağına səbəb  olmusunuz.
- Bəli.

- Adlarını çəkə bilərsinizmi?
- Adlarını çəksəm deyəcəklər ki, yalan söhbətdir. Gərək arxivi çıxarıb üzə qoyasan. Etdiyim yaxşılıqların qarşılığını Allahımdan görməyi daha çox istəyirəm. Ağac nə qədər bar versə, bir o qədər başını aşağı salır. Allah mənə versin, onların da yolunu açıq eləsin. Amma bu gün gündəmdə olan və mənim sayəmdə tanınan müğənnilər də keçmişini unutmasalar daha yaxşı olar.

- Bu gün müğənnilərin əsas gəlir yeri toylardır. Bəs sizin  əsas gəlir yeriniz hardandır?
- İndi “mənəm-mənəm” deyən müğənnilər 100-150 manata toylara gedir. Düzdür restoran rəhbərləri mənə də o təklifi edirlər. Dostlarım da restoran işlədir. Ancaq mən heç zaman onların təkliflərini  qəbul etmirəm. Mənim başqa biznesim var.  Bu bank işi ilə bağlıdır.

- Sizə biznes qadın demək olarmı?
- Gəlirim o qədər də çox deyil. Heç çox da istəmirəm. Az olsun həmişə olsun.

- Özəl biri varmı həyatınızda?
- Bu dəqiqə həyatda özəl deyilən bir şey yoxdur. Çünki hər şey süniləşib. 

- Bir müddət mətbuatda belə bir yazı getdi ki, Nailə Dəniz ölkəni tərk edir. Səbəb nə idi?
- İndi o qədər haqsızlıqlar olur ki. Haqsızlığı qəbul edə bilmirəm. İnsana nəsə yaxşılıq edirsən, amma sənin yaxşılığının qarşısında o qədər haqsızlıqlar görürsən ki, qəbul etmək bir az çətin olur. Ona görə də qəbul etmədim, amma indi çox şükür yavaş-yavaş işlərim qaydasına düşür. Demək ki, hər şeyi zamana buraxmaq lazımdır. Düzdür, getdim, çox vaxt Azərbaycanda tapılmırdım. Ölkəmi də başqa bir ölkəyə dəyişə bilmirəm. Çünki ölkəmi həqiqətən çox sevirəm, çalışıram ki, insanlarını da sevim.

- “Evlisən” mahnınız çox maraqlı idi, onun davamı olacaqmı? 
- Əslində o mahnı elə deyil, çox qısaldılmış formadadır. Aranjeman edən dostumuz Rübail Əzimov dostumuzdur, o mahnını qısaltdı. Amma əslində mahnı başqa cürdür. Gürcüstana klip çəkdirmək üçün getmişdik. Orada qaldıq, gəzməli-görməli yerləri çəkdik. Şəhərin hətta gecə görüntülərini də aldıq. Çünki orada gecəyə aid söz də yazmışam. “Gecəni çox sevirəm, çünki bütün çirkabları görürəm”. Əslində gecəni ona görə sevirəm ki, insanların iç üzü ortaya çıxır.

- Nə mənada?
- Gecə sakitlik olur. Çıxıb şəhərdə gəzirsən. Birdə görürsən rastına elə bir insan çıxır ki, sən onu tanıyırsan. Amma kənardan onu müşahidə edəndə davranışlarından o insan o qədər qəribə görünür ki, ucuzlaşır. Demək ki, insanı kənardan izləmək daha yaxşıdır. O zaman onun bütün çirkablarını görürsən.

-  Tanınmaq necə?
- Bu dəqiqə tanınmaq çox asandır. Get dərənin qırağına mahnıya səs ver, ora-buranı oynat, sayta yerləşdir. Hamı rəqqasəliklə gəlib müğənni çıxır. Bu bəzilərinə aid deyil. Söhbət bir iki aydan gedir. Köhnələrə onun heç bir aidiyyəti yoxdur. Cavanlar indi  müğənni olmaq üçün can atır. Müğənni olmaq asan deyil ki… Müğənni olmağın iç üzü varsa, onun başqa yolları da var. Hər adamın burada baş çıxarması bir az çətindir.

- Mahnılarınız  simanızdan daha çox tanınır. 
- Doğrudur. Mənim mahnım öz ölkəmdə yox, başqa ölkədə dinlənilir. Çox təəssüf edirəm. İstanbulda, Dubay Əmirliyində qonaq olanda restoranlarda öz mahnılarımı dinlədim. İnanın sevincimin həddi-hüdudu yox idi. Mahnılarımı daha çox xaricilər dinləyir. Bu fəxredici bir şeydir.

- Siz nə üçün sosial şəbəkədə paylaşımlar etmirsiniz?
- Mən o qədər də şöhrətpərəst deyiləm. Əslində şöhrətpərəst olmadığımı bu yaxınlarda dərk etmişəm. Çünki başımın rahat olmağını istəyirəm. Şöhrətpərəstlik gəldi-gedərdi. Saxta şöhrətpərəst olan insan çoxdur. Süni insanları getdiyimiz tədbirlərdə də görürük. Hamı canım-canım deyir, amma əslində işini görür.  Mən o canım sözü ilə yapışmış saqqız kimi olub özümü insanlara  sevdirmək istəmirəm.

- Sizə təklif edənlər olurmu ki, bu qədər pul ver efirə çıx?
- Adi bir efir üçün 1500 manat pul istəyirlər.  Efirə 1500  manat verdiyimə, gedib başqa ölkədə istirahət edib gələrəm (gülürük).

- Tez-tez Türkiyəyə, Dubaya gedirsiniz. Bu nə ilə əlaqədardır?
- Dubaya işlə bağlı gedirəm. Orda bir layihə etmək istəyim var.  Orda Azərbaycan konsulluğunda ifaçılarımız konsertlər verir, Azərbaycan günləri keçirilir. Mən də can atıram ki, orda dövlət tədbirlərimizdə iştirak edim. 

 

Tarix
15 May 2018 [12:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin