Ana səhifə
10 Dekabr 2018

BİZİM PLANET: “Azərbaycanın innovativ idarəetməsində Heydər Əliyevin unikal bir rolu var”

AzTv-də yayımlanan "Bizim Planet" verilişi Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, politoloq Rufiz Qonaqovun təqdimatında bu həftə də maraqlı müzakirələrlə yadda qalıb. BMAM mətbuat katibliyindən Ucnoqta.az-a verilən məlumata görə, verilişin bu dəfəki qonaqları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov olub. 

Politoloq Rufiz Qonaqov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Bakıda Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə dövlət başçısı İlham Əliyevin çıxışı, həmin çıxışda səsləndirdiyi mühüm fikirlər ətrafında müzakirələr olacaq. Rufiz Qonaqov bildirib ki, cənab İlham Əliyev öz çıxışında ulu öndər Heydər Əliyevin hakimiyyət illərini mərhələli şəkildə xarakterizə etdi. Bildirilib ki, istər SSRİ dövründəki (1969-1982-ci illərdəki) hakimiyyəti illərində, istərsə də müstəqillik tarixində Heydər Əliyevin Azərbaycan və dövlətçiliyimiz üçün misilsiz xidmətləri olub.

“Bizim Planet” verilişinə qonaq olan akademik Urxan Ələkbərov mövzu ilə bağlı çıxış edib. Urxan Ələkbərov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası elə ulu öndər Heydər Əliyevin fərmanı ilə təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru bildirib ki, Heydər Əliyev idarəçilikdə kadr potensialına hər zaman xüsusi əhəmiyyət verirdi. Onun hakimiyyəti illərində yüzlərlə tələbə xaricdə müxtəlif ali məktəblərə təhsil almağa göndərilmiş, çoxsaylı aspirant və doktotrluq dərəcəsi alan elmi işçilər yetişdirilmişdir. Akademik Urxan Ələkbərov xüsusi vurğulayıb ki, hələ Sovet dövründə Moskvaya səfərləri zamanı Heydər Əliyev tələbələrlə görüş keçirərək onların ehtiyac və qayğıları ilə maraqlanan bir şəxsiyyət olub. Akademik bildirib ki, Azərbaycanın innovativ idarəetməsində də Heydər Əliyevin unikal bir rolu var. 

Qeyd olunub ki, müstəqillik illərində Heydər Əliyev hakimiyyətə dəvət olunan zaman ölkədə vətəndaş müharibəsi başlamışdı. Bu çətin anlarda xalq öz liderini, Heydər Əliyev fenomenini hakimiyyət kürsüsündə görmək istəyirdi. Buna mane olmağa çalışan qüvvələr nəhayət xalqın iradəsi və Heydər Əliyevin özünü liderliyi ilə qısa zaman kəsiyində məğlubiyyətə düçar oldular.  
Mözu ilə bağlı müzakirəni Milli Məclisin deputatı Elman Nəsirov davam etdirib. Millət vəkili qeyd edib ki, prezident İlham Əliyev Heydər Əliyevin 95 illik yubileyindəki çıxışı zamanı vurğulayıb ki, iki ayrı-ayrı ictimai-siyasi mühitdə hakimiyyətdə olmasına baxmayaraq Heydər Əliyev Azərbaycan dövlətinə və xalqına misilsiz xidmətlər göstərmişdir. Bu mühüm amilin önəmindən danışan Elman Nəsirov bildirib ki, əgər Heydər Əliyevin siyasi xidmətlərini bir sözlə ifadə etmək lazım gəlsəydi xilsakarlıq sözü ən düzgün cavab olardı. 
“Bizim Planet” verilişində ulu öndər irisiylə bağlı aparılan geniş müzakirələrdə vurğulanıb ki, ümummili liderin bütün sahələrdə apardığı islahatlar öncədən planlaşdırılmış, məqsədyönlü, konkret nəticələri olan hesablamalar üzərində qurulurdu.  Bunun nəticəsidir ki, bu günkü Azərbaycanın əldə etdiyi uğurlar dünya səviyyəsində unikaldır. Azərbaycançılıq siyasətinin qətiyyətliliyi, iqtisadiyyatın sürətli inkişafı, kənd təsərrüfatı və aqrar senayenin yenidən qurulması, mədəniyyət və idman sahələrində həyata keçirilən dəstəkverici islahatlar və s. yalnız dahi şəxsiyyətin düşünə biləcəyi və əldə edəcəyi naliyyətlər kimi qiymətləndirilib. Bildirilib ki, Heydər Əliyev Azərbaycan dövləti və onun siyasi problemlərini (Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ problemi, erməni terroristlərinin törətdiyi Xocalı və digər soyqrımları) dünya əhəmiyyətli beynəlxalq təşkilatlarda tanıdan ilk şəxsiyyət olub. Ölkə miqyasında olduqca mühüm vəzifələri qarşısına məqsəd qoyan və bu məqsədlərin hamısına bir-bir çatan ulu öndər siyasətinin başlıca amalını azərbaycan xalqının taleyi, rifahı və gələcəyi təşkil edirdi. Hər zaman öz milləti ilə çiyin-çiyinə olan Heydər Əliyev doğmalığını Azərbaycan xalqı daima hiss etmişdir deyə “Bizim Planet” də qeyd olunub. Verilişdə çıxş edənlər xüsusi vurğulayıblar ki, bütün bu proseslərdə cənab prezident İlham Əliyev Heydər Əliyevin yanında olub və onun siyasi kursunun ən layiqli nümayəndəsi hesab olunur.  

Verilişdə müzakir edilən məsələlərdən biri də həftənin vacib xəbərlərindən sayılan prezident İlham Əliyevin Avropa İttifaqı- Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərimin başçılıq etdiyi Avropa İttifaqı- Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi olub. Bildirilib ki, görüş zamanı  mühüm məsələlər ətrafında müzakirələr aparılaraq bir sıra vacib məqamlara toxunulub. Görüşdə İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa İttifaqı üzv dövlətlərinin üçdəbiri ilə artıq strateji tərəfdaşlıq sənədi imzalayıb. Bunu əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirən dövlət başçısı əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, mədəni, ticarət və enerji təhlükəsizliyi sahələrində həyata keçirildiyini qeyd edib. Nəqliyyat infrastrukturu sahəsinə toxunan İlham Əliyev ötən il istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Asiya ilə Avropa arasında mühüm nəqliyyat körpüsü rolunu oynadığını və Azərbaycanın Avrasiya məkanında önəmli nəqliyyat qovşağına çevrildiyini bildirməsi verilişdə şərh olunub. “Bizim Planet” verilişində bu görüşün əhəmiyyətliliyini vurğulayan ictimai-siyasi xadimlər bundan sonra da Avropa İttifaqı ilə əməkdaşlığın möhkəmlənəcəyinə əminliklərini bildiriliblər. 

Verilişdə təhlil edilən mövzulardan biri də son zamanlar Ermənistanda hökm sürən ictimai-siyasi gərginlik olub. Bildirilib ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı prosesdə bizim siyasi, diplomatik və hərbi üstünlüyümüz tam təmin edilib. Bütün bunların əksinə isə bu günkü Ermənistan dövləti təlatüm və gərginlik içərisindədir. Etirazların sonunda Nikol Paşinyanın hakimiyyətə gəlməsi ona olan hörmət və ehtiramın nəticəsi kimi yox, Serj Sarkisyana olan nifrətin nəticəsi kimi izah olunub. Sarkisyana olan bu nifrətin səbəbi isə onun ölkəsinə gətirdiyi bəlalar, ilk növbədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu qeyri-konstruktiv mövqeyi ilə əlaqələndirilib. Vurğulanıb ki, Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar keçirilən mərasimdə prezident İlham Əliyev öz çıxışında Dağlıq Qarabağ mələləsinin həlli ilə bağlı görüləcək işlərlər barəsində fikirlərini bir daha səsləndirdi. Ona görə də Ermənistanda yeni hakimiyyətə gəlmiş Paşinyan siyasəti özünün “alovlu” çıxışlarının əksinə, Ermənistanın indiki diplomatik iflasını nəzərə alaraq Sarkisyanın aqibətindən ibrət dərsi götürməlidir deyə “Bizim Planet”də xüsusi qeyd edilib. 

Tarix
15 May 2018 [12:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin