Ana səhifə
20 Sentyabr 2018

Azərbaycanlı fotoqraf İngiltərədə qalib oldu- FOTO

Gənclər və İdman nazirliyinin fotoqrafı Dilavər Nəcəfov İngiltərənin nüfuzlu Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilmiş “Azərbaycan idmanı- fotokamerada” müsabiqəsinin birincisi olub. 
 

 

Ucnoqta.az” xəbər verir ki, Qafqazinfo-nun Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, fotoqraf Dilavər Nəcəfova qalibiyyəti  Pekində keçirilmiş 29-cu Yay Olimpiya Oyunlarında gimnastımız Aliyə Qarayevanın lentlə çıxışını əks etdirən foto gətirib.

TEAS: “Dilavər Nəcəfov Azərbaycanın məşhur fotoqraflarından biridir. Uşaqlıq illərdindən foto sənətinə böyük maraq göstərən Dilavər Nəcəfov, 20 ildən artıqdır ki, Gənclər və idman naziriyində çalışır. ” 

Qeyd edək ki, müsabiqənin əsas məqsədi  2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının təbliğatı  olub. Qalib gəlmiş 70-dən artıq foto Avropanın bir sıra ölkələrində sərgilərdə nümayiş olunacaq.

İkinci yeri Fransalı fotoqraf Paul Robion, 3-cü yeri isə  Azərbaycanlı fotoqraf Rufat Abbas tutub.

 

Tarix
5 Dekabr 2014 [21:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin