Fələstində 3 günlük matəm elan edildi

21:22 - 14 May 2018 - DÜNYA

Fələstin rəhbəri Mahmud Abbas İsrail hərbçiləri ilə qarşıdurmada ölən fələstinlilərin xatirəsinə üç günlük matəm elan edib.   APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu M.Abbas televiziya ilə xalqa müraciətində bəyan edib.   Fələstin rəhbəri həmçinin "Ən-Nəkba" (Böyük Fəlakət) gününün 70 illiyi ilə əlaqədar  ümummilli tətilin başlanmasını elan edib.   Qeyd edək ki, son məlumatlara əsasən bu gün Qəzzada fələstinli etirazçılarla İsrail hüquq-mühafizə orqanları arasında toqquşmalarda ölənlərin sayı 52-yə yüksəlib, 2410 nəfər yaralanıb.

Xəbər xətti