Bakıda Hüseyn Cavidin xatirə gecəsi keçiriləcək

20:05 - 14 May 2018 - Mədəniyyət

Bakıda Hüseyn Cavidin xatirə gecəsi keçiriləcək

Ucnoqta.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Mədəniyyət Nazirliyinin "Söz" ədəbi layihəsinin rəhbəri, şair Nigar Həsənzadənin təşkilatçılığı ilə mayın 17-də Azərbaycan Dövlət İncəsənət Muzeyində Hüseyn Cavidin xatirə gecəsi keçiriləcək.

Gecədə əməkdar artistlər - Mehriban Zəki, Gülzar Qurbanova, teatr və kino aktyorları - Tural Əhməd, Elxan Rza və Kamran Yunusun ifasında Hüseyn Cavidin şeirləri səsləndiriləcək.

 

Xəbər xətti