Ərdoğan: Türkiyə S-400-lərdən imtina etməyəcək

15:43 - 14 May 2018 - DÜNYA

Ankara Rusiyanın S-400 zenit-raket komplekslərinin (ZRK) alışından imtina etməyəcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. R.T.Ərdoğan bildirib ki, Türkiyə NATO-nun üzvü olsa da, Vaşinqton Türkiyəyə ABŞ istehsallı ZRK-ların satışından imtina edib:

"ABŞ Ankaraya seçim imkanı vermədi və buna görə də Türkiyə Moskva ilə S-400 ZRK-larının alışı üçün danışıqlar aparmağa məcbur oldu".

Dövlət başçısı deyib ki, Türkiyə üçün milli maraqlar hər şeydən üstündür.trend

Xəbər xətti