Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı etiraz

15:01 - 14 May 2018 - DÜNYA

Aksiyalada 10 mindən çox fələstinli iştirak edir

 Qəzza sektorunun inzibati sərhədində fələstinlilərin "Geriqaytarma marşı" və Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı etiraz aksiyaları keçirilir. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, hazırda Qəzza bölgəsinin İsraillə inzibati sərhəd ərazisində, təqribən, 10 min fələstinli toplaşıb.
Bəzi nümayişçilər hətta sərhəd maneələrini aşmağa çalışıb.

Qeyd olunur ki, iki nəfər ölüb, azı 28 nəfər yaralanıb.

Xəbər xətti