"Qarabağ”dan ayrılan ilk futbolçunun adı məlum olub

16:20 - 13 May 2018 - İDMAN

"Qarabağ” Pedro Enrikeylə yollarını ayırdı. "Qarabağ”dan ayrılan ilk futbolçunun adı məlum olub. Ucnoqta.az xəbər verir ki, cari mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan 1 illik icarə əsasında kluba transfer olunan Pedro Enrikeylə yollar ayrılıb. İcarə müddəti başa çatan futbolçuyla yeni müqavilə imzalanmayıb. Qeyd edək ki, Enrike komandanın heyətində çıxdığı 26 matçda 6 qola imza atıb.

Xəbər xətti