Ana səhifə
23 Sentyabr 2018

Nazirlikdən fermerlərə Xəbərdarlıq

Aprelin 19-da İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonlarını əhatə edən Küdrü düzü ərazisində sürü halında yaşayan Mərakeş çəyirtkələrinə qarşı başlayan kimyəvi mübarizə tədbirləri davam etdirilir.      Ucnoqta.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən (KTN) verilən məlumata görə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzinin əməkdaşları və mobil bitki mühafizəsi dəstələri tərəfindən dövlət büdcəsi ayrılan vəsait hesabına aparılan mübarizə tədbirləri nəticəsində bu günə qədər Saatlı rayonu ərazisində 6100 hektar, İmişli rayonu ərazisində 3500 hektar, Biləsuvar rayonu ərazisində 4400 hektar, Sabirabad rayonu ərazisində 1600 hektar, Hacıqabul rayonu ərazisində 200 hektar və Beyləqan rayonu ərazisində 100 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılıb.   Bildirilib ki, bu günə qədər ölkə üzrə ümumilikdə 15900 ha sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib: “Mübarizə tədbirləri “Pikap” tipli avtomobillərə quraşdırılmış ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyətinə malik “AU 8115 M” çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsilə həyata keçirilir və mübarizədə “Super Alpha 10 ULV” və “Super Alpha 250 EC” tərkibli preparatlardan istifadə edilir. Kənd təsərrüfatı bitkiləri üçün əsl təhlükə mənbəyi sayılan Mərakeş çəyirtkələri əkin sahələrinə kütləvi şəkildə miqrasiya edərək bir neçə saat ərzində sahəni yararsız hala salır”.   Dövlət Fitosanitar Nəzarəti Xidməti məsələ ilə bağlı fermer təsərrüfatı sahiblərinə və sahibkarlara xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, əgər əkin sahələrində, fermer təsərrüfatlarında adıçəkilən zərərvericilərin kütləvi hücumu baş verərsə, dərhal çağrı mərkəzinə zəng etmək və ya Dövlət Xidmətinin yerli qurumlarına məlumat vermək lazımdır.
Tarix
12 May 2018 [13:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin