Abşeronda qayın yeznəsini bıçaqlayıb

09:51 - 12 May 2018 - HADİSƏ

Abşeron rayonunun Novxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. 1986-ci il təvəllüdlü Quliyev Natiq Qurban oğlu qaynatasına məxsus mülkün ona aid olduğunu bildirib və bu səbəbdən onunla qaynı arasında əlbəyaxa dava düşüb. Nəticədə qaynı onun bud nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.report

Xəbər xətti