Bakıda 55 yaşlı kişi intihara cəhd edib

10:08 - 12 May 2018 - HADİSƏ

Paytaxtın Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Mircəlal Abdullayev bıçaqla boğaz və sol döş qəfəsi nahiyələrinə xəsarət yetirərək özünü öldürmək istəyib. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılaraq əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən xəstə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşlarına izahatında özünü bıçaqlamaqla intihara cəhd göstərdiyini bildirib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti