Putin və Paşinyanın görüşəcəyi tarix məlum olub

14:22 - 11 May 2018 - DÜNYA

Mayın 14-də Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk görüş keçiriləcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. "Həftənin birinci günü Avrasiya İqtisadi Birliyinin sammiti keçiriləcək. Prezident Putinlə Paşinyan arasında ikitərəfli görüş də olacaq", - deyə Peskov söyləyib. O, Putinin Qırğızıstan, Belarus və Qazaxıstan prezidentləri ilə də ikitərəfli görüşlər keçirəcəyini deyib. 

Xəbər xətti