Ana səhifə
18 Dekabr 2018

“Ana” pyesi əsasında hazırlanmış eyniadlı tamaşaya daxili baxış keçirilib

May ayının 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında  böyük dramaturq və şair  Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşaya daxili baxış keçirilib.

Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, teatrın istedadlı aktrisası, Əməkdar artist Nübar Novruzovanın 60 illik yubileyi ilə əlaqədar aktrisanın benefis-tamaşası olan səhnə əsərində rolları  Əməkdar artist Nübar Novruzova, aktyorlar  İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva , Aydın Dəmirov ifa edir. Yeni səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov,  quruluşçu rəssamı Telman Şıxıyev,  musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır. 

Qeyd edək ki, böyük dramaturq H.Cavidin “Ana” əsəri azərbaycanca yazılmış ilk mənzum dram əsəri sayılır. Şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub. Tamaşanın premyerası 2018-ci il 2 iyun saat 1900 da  reallaşacaq. 

 

Tarix
11 May 2018 [19:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin