Kriptovalyutalar ucuzlaşıb

12:01 - 11 May 2018 - İQTİSADİYYAT

Dünyanın aparıcı kriptovalyutası sayılan "Bitcoin"in qiyməti 9 min ABŞ dollarından aşağı düşüb. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, "Bitfinex" birjasında onun qiyməti 8 993 dollar, GDAX birjasında 8 970 dollar təşkil edib.

"Bitcoin"lə yanaşı digər kriptovalyutanlar da ucuzlaşmaqdadır. Belə ki, "Etherium"un qiyməti 3,5% azalaraq 735 dollar, "Ripple"in qiyməti isə 5,6% azalaraq 0,76 dollar olub. 

Qeyd edək ki, "Bitcoin"in qlobal kriptovalyuta bazarındakı payı 36,6%-dir. 

Xəbər xətti