Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb

21:39 - 10 May 2018 - İDMAN

Rusiyanın Kazan şəhərində başlanan böyüklər arasında Avropa çempionatına start verilib.  49 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycanın qadın taekvondoçusu Patimat Abakarova Bolqarıstan və Rusiya təmsilçisini məğlub edərək yarımfinala vəsiqə qazanıb O, finala gedən yolda xorvatiyalı idmançıya uduzaraq yarışı bürünc medalla başa vurub. Digər taekvondoçularımızdan Qaşım Maqomedov (-58 kq) britaniyalı idmançını yarışdan kənarlaşdırsa da, ispan rəqibini məğlub edə bilməyib. Xanoğlan Kərimov (-54 kq) və Fatemeh Şabannia Mansour (-46 kq ) isə ilk qarşılaşmadan məğlub ayrılıb.report

Xəbər xətti