Bakıda inkasator maşını qəza törətdi

15:33 - 10 May 2018 - HADİSƏ

Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Ucnoqta.az Media24.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib. Belə ki, Toyota Corolla markalı avtomobil qarşıdan gələn inkasatora (pul daşımaq üçün istifadə olunan maşın) çırpılıb.
Xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

Mayıl Abdullayev

Xəbər xətti