Bakıda avtomobil piyadanı vuraraq öldürüb

11:56 - 10 May 2018 - HADİSƏ

 Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində piyada ölüb.

Ucnoqta.az xəbər verir ki. bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, mayın 10-da saat 1 radələrində Xəzər rayonunun Xaşaxuna qəsəbəsində Bakı şəhər sakini Əfqan Baxşıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qusar rayon sakini Yarmət Xıdırovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti