Ana səhifə
21 Noyabr 2018

“Yarım saata qazandığımı, onlar bir ildə edə bilməzlər”- Vüsal Əliyev

"İnsanları oynatmaqdansa, düşündürməyə çalışdım və başarılı oldum"

 

 

Müğənni Vüsal Əliyevin “Qafqazinfo”ya müsahibəsi:

 

 

Ucnoqta.az həmin müsahibəni təqdim edir:

 

 

- Vüsal bəy, uzun müddətdir televiziyadan uzaqlaşmısınız. Yaradıcılığınızda hansı yeniliklər var?

 

- Yanvarda ilk albomumun işıq üzü görməsindən 17 il ötür.  170 bəstəmizi tamamlayıb 17-ci albomumu sevənlərimə təqdim edəcəm.  Albomun adının “Xatirələr” qoymaq istəyirəm.  Bəstəkarlarla işləməmişəm, Azərbaycanda 3 dəfə albom satışına görə, birinci yer tutmuşam, sevilən müğənni olmuşam.  30 bəstənin musiqisi, 100 mahnının sözləri mənə aid olub.

 

- Kifayət qədər sevənləriniz olsa da, səhnədən uzaqlaşmanızın səbəbi nədir?

 

- Bu 17 ildə 17 dəfə televiziyada görünməmişəm. Bu müddət ərzində heç vaxt radiolarda mahnım səslənməyib. . Heç vaxt üzdə olan müğənni olmamışam. Əvvəllər televiziyada elanlar gedirdi ki, filankəsin albomu çıxacaq, dayanacaqlarda mahnılar səslənirdi. İndi şəhərimiz abadlaşıb və bu cür reklamlara son qoyulub.  Artıq disk satışı yoxdur. Hər kəs mahnıları internetdən götürür. Heç vaxt gündəmdə olmadığım üçün elə bilirlər ki, sənətdən uzaqlaşmışam. Amma 17 ildə 17 albom buraxmışam, bu da sənətimlə məşğul olduğumu təsdiq edir. 

 

- Gündəmdə olmasanız da, geniş pərəstişkar kütləniz var.  Əsasən, ekranda daha çox görünən insanlar populyarlaşır, sevilir. Sizi insanlara sevdirən nədir?

 

- Tanınmaq sevilmək demək deyil. Hər bir insanı efirdə tanıtmaq olar, amma hər kəs o şəxsi sevməz. Sevilmək başqa bir vergidir. Mən toy biznesinin xətrinə oxumadım ki, bu gün unudulum . Elə bir sevgidən oxudum ki, yaddaşlarda qaldı. Bu gün də ilk albomumda oxuduğum mahnılar sevilir. İnsanları oynatmaqdansa, düşündürməyə çalışdım və başarılı oldum.

 

- Müğənnilərin əsas qazancı el şənliklərindəndir. Toylara neçəyə gedirsiniz?

 

- Məni hər adam pulsuz toya apara bilər. 1 bardaq suyunda mənim yanımda hörməti, dəyəri var. İrandan mal gətirib ziyana işləmirəm ki, toya baha gedib.  Allahın verdiyi vergidir, nə alıramsa, Allah bərəkət versin. Bizim yarım saata aldığımızı elə insanlar var ki, bir ildə bir yerdə görmür.

 

- Həmkarlarınız tez-tez qalmaqallarla gündəmə gəlir. Şou-biznesi izləyirsiniz?

 

- Həqiqətən, yalan demirəm.  Kanallardan ancaq “İdman Azərbaycan”a baxıram. Hansı kanalda hansı veriliş olduğunu bilmirəm. Son günlər  albom  üçün maraqlanıram. İstəyirəm ki, artıq verilişlərdə görünüm. Aylarımı, günlərimi həsr edib mahnılar yazmışam. Dinləyicilərə mahnılarımı təqdim etmək istəyirəm  Həmkarlarıma da uğurlar arzulayıram.

 

-  Bir azda iki il öncəki həbs olunmanızdan danışaq. 

 

- Mən həbs olunmamışdım. Efirlərdə yayımlandı ki, həbs olunmuşam. Heç 3 dəfə albom satışı üzrə Azərbaycanda birinci yerə çıxanda heç bir kanalda, saytda  məndən danışılmadı.  2010-cu ildə imkansız uşaqlar üçün “Sevənlərə hədiyyə” adlı veriliş hazırlayırdım.  Sms yarışması olduğu, mən qoyduğum məvacibin qarşılığı gəlmədiyi üçün borca düşmüşdüm və borc yiyəsi də məni məhkəməyə  vermişdi. Həbsxana da insanlar üçündür. Sabah başımıza nə gələcəyini bilmirik. Düzünü bilsinlər ki, mən həbs olunmamışdım.

 

- İkinci dəfə ailə qurmusunuz. İlk evliliyinizdən olan övladlarınızla həyat yoldaşınızın münasibətləri necədir?

 

- Azərbaycanda çox az adam olar ki, ailəmizdə baş vermiş faciədən xəbərsiz  olsun. 2004-cü ildə “Space”də İlham Mirzəyevin, keçən il də “Alın yazısı” verilişində bu haqda danışmışdım. Anamı, həyat yoldaşımı itirdim. İkinci dəfə ailə qurmuşam. Nələrimsə olmasa da, şükür edirəm ki, gözəl ailəm, övladlarım  var. Birinci evliliyimdən bir qız, bir oğlum var. İkinci dəfə ailə qurmağımı normal qarşıladılar. Hər şey insanın özündən asılıdır, gərək düzgün təqdim edəsən. Şükür Allaha ki, ailəmizdə hər şey qaydasındadır.

Tarix
5 Dekabr 2014 [14:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin