Şirvanda avtomobil qadını vurub

14:03 - 8 May 2018 - HADİSƏ

Şirvan şəhərinda 37 yaşlı piyada vurulub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Şirvan şəhər sakini, 1981-ci il təvəllüdlü Yeganə Vahid qızı Kərimovanı yolu keçmək istəyərkən minik avtomobili vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sakin Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır. Report

Xəbər xətti