Dünya Bankından Azərbaycan iqtisadiyyatı ilə bağlı PROQNOZ

18:45 - 8 May 2018 - İQTİSADİYYAT

Dünya Bankı növbəti 3 il ərzində Azərbaycan iqtisadiyyatının əhəmiyyətli dərəcədə artımını proqnozlaşdırır. Trend bu barədə təşkilatın hesabatına istinadən məlumat verir. Proqnozlara əsasən, 2018-ci ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 1,8 faiz, 2019-cu ildə 3,8 faiz, 2020-ci ildə 3,2 faiz artacaq: “Ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının artım templəri qaz hasilatının genişlənməsi və Transanadolu boru kəmərinin işə salınması ilə sürətlənəcək”.

Xəbər xətti