“Haqq-ədalət yerini tapdı” - Rəqsanənin qızı

13:08 - 8 May 2018 - MAQAZİN

Bir müddət əvvəl Nəsimi rayonunda 1 saylı körpələr evindən video çəkərək instaqramda paylaşan və oğurluq faktı olduğunu iddia edən Aysun İsmayilova müəssisənin baş həkimi Nəhayət Əliyevanın işindən kənarlaşdırılmasına münasibət bildirib. Ucnoqta.az xəbər verir ki, gənc ifaçı "Qafqazinfo"ya mövzu ilə bağlı qısa olaraq açıqlama verib. O, haqq-ədalətin qalib gəldiyini bildirib: “Bu mövzuda heç kəsə açıqlama vermirəm. Bir onu deyə bilərəm ki, haqq-ədalət öz yerini tapdı”. *** Müğənni Rəqsanə İsmayilovanın qızı daha sonra instaqramda paylaşım edərək xəbərə reaksiya verib:  "Allaha dua etməyi heç vaxt unutmayın. Hər zaman halal çörək yeyin. Haramçılığa göz yummayın. Allahdan başqa heç kəsdən qorxmayın".

Xəbər xətti