Ana səhifə
14 Noyabr 2018

Bu gün 71-ci Beynəlxalq Kann Film Festivalı başlayır.

Bu gün Fransada 71-ci Beynəlxalq Kann Film Festivalı başlayır. Kinofestival iranlı rejissor Əsgər Fərhadinin "Bunu hamı bilir" filmi ilə start götürəcək. Filmdə Penelopa Krus və Xoakin Feniks çəkiliblər. Süjetin əsasını Argentina paytaxtı Buenos-Ayresdən İspaniyanın bir kəndinə gələn ər-arvadın hekayəsi təşkil edir. Gözəl ailə həyatı bir sıra gözlənilməz və xoşagəlməz hadisələrlə müşayiət olunur. Mayın 19-dək keçiriləcək festivalda son olaraq (müsabiqədənkənar) Terri Gilliamın "Don Kixotu öldürən adam" filmini nümayiş olunacaq. T.Gilliamın 30 il çəkməyi düşündüyü filmdə baş rolları Adam Drayver və Olqa Kurilenko oynayır. Filmin əsas qəhrəmanı dövrümüzdə yaşayan, amma qədim İspaniyaya düşən və burada Sanço Pansa adlandırılan biridir. O, Don Kixotun öldürülməsini araşdırır. Ümumilikdə isə festivalın əsas mükafatı - Qızıl palma budağı uğrunda 21 film mübarizə aparacaq. Avstraliyalı aktrisa Keyt Blanşettin başçılıq etdiyi əsas müsabiqənin münsiflər heyətinə həmçinin rusiyalı rejissor Andrey Zvyaqintsev, çinli aktyor Çanq Çen, amerikalı yazıçı, rejissor və prodüser Ava DüVerne, fransalı rejissor Rober Gediqyan, burundili müğənni və bəstəkar Haca Nin, fransalı aktrisa Lea Seydu, amerikalı aktrisa Kristen Stüart və kanadalı rejissor Deni Vilnöv daxildir.report
Tarix
8 May 2018 [18:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin