Ağstafada mikroavtobus minik avtomobili ilə toqquşub: xəsarət alanlar var

11:10 - 8 May 2018 - HADİSƏ

Bakı-Qazax yolunda mikroavtobus minik avtomobili ilə toqquşub.   Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.   Qazax-Ağstafa  marşrutu ilə işləyən “QAZel” markalı mikroavtobusla “Opel” markalı avtomobilin toqquşması nəticəsində 13 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.   Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti